Surə məlumatı

əl-Fatihə

الفاتحة
Surə nömrəsi
1
Nazil olduğu yer
Makkah
Ayə sayı
7
Surənin tam səsli oxunuşu
Surələrə qayıt
Ayələr

əl-Fatihə surəsinin ayələri

Ayə 1
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Mərhəmətli, rəhmli Allahın adı ilə!
Ayə 2
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə,
Ayə 3
الرَّحْمَٰنِ الرَّحِيمِ
(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
Ayə 4
مَالِكِ يَوْمِ الدِّينِ
Haqq-hesab (qiyamət) gününün sahibinə!
Ayə 5
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Ayə 6
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
Bizi doğru (düz) yola yönəlt!
Ayə 7
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ
Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!